Lisenziya
“MFX- Trading İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinə
həyata keçirilməsinə icazə verilən əsas və yardımçı
İnvestisiya xidmətlərinin ( əməliyyatlarının )
Siyahısı
Əsas investisiya xidmətləri (əməliyyatları )
-qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbul və icra edilməsi;
-fərdi investorların portfelin idarə edilməsi;
-investisiya məsləhətlərinin verilməsi;
-qiymətli kağızların öhdəlik götürmədən yerləşdirilməsi və anderraytinqi;
-qiymətli kağızların öhdəlik götürməklə yerləşdirilməsi və anderraytinqi;
-mərkəzi depozitarin və fond birjasının üzvü qismində öz hesabına qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə əməliyyat aparılması;
-marja ticarəti.
Yardımçı investisiya xidmətləri ( əməliyyatları )
-müştərisinin qiymətli kağızlar hesablarının idarə edilməsi, o cümlədən qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin öhdəliklərlə yüklənməsi ilə bağlı əməliyyatların həyata keçirilməsi;
-investorlara qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə həyata keçirdiyi əqdlərin bağlanması üçün kredit və ya digər formada borc verilməsi;
-qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə bağlı investisiya tədqiqatı və maliyyyə təhlilinin aparılması;
-təmin edilmiş istiqrazlar üzrə təminatın sərəncamçısı xidmətinin həyata keçirilməsi;
-əsas investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi ilə bağlı xarici valyuta mübadiləsi.