Hesablaşmalar və Ödəniş Qaydaları
1. Müqavilənin 1.5-ci bəndinə əsasən Müştərinin İnvestisiya şirkətinə ödədiyi komissiyalar aşağıdakılardan ibarətdir:
Xidmətlərin növləri |
Xidmət haqqı |
1.Dövlət İstiqrazları |
|
Hərrac |
|
Bir aylıq |
Əqdin məbləğinin 0.05 %-i |
Üç aylıq |
|
Altı aylıq |
|
Bir ildən yuxarı |
|
Təkrar bazar |
|
2.Mərkəzi Bankın qısamüddətli notları |
|
Hərrac |
Əqdin məbləğinin 0.05 %-i |
Təkrar bazar |
|
3.İpoteka istiqrazları |
|
İlkin yerləşdirmə(Tədavül müddətindən asılı olmayaraq) |
Əqdin məbləğinin 0.05 %-i |
Təkrar bazar |
|
4.Səhmlər |
|
İlkin yerləşdirmə |
Əqdin məbləğinin 0.05 %-i |
Təkrar bazar |
|
5.Korporotiv istiqrazlar |
|
İlkin yerləşdirmə(Tədavül müddətindən asılı olmayaraq) |
Əqdin məbləğinin 0.05 %-i |
Təkrar bazar |
Əqdin məbləğinin 0.06 %-i |
6.REPO |
|
AMB notları ilə REPO/əks REPO |
Hər bir gün üçün əqdin məbləğinin 0.0012 %-i |
Digər qiymətli kağızlar ilə REPO/əks REPO əməliyyatları aparılması |
Hər bir gün üçün əqdin məbləğinin 0.0015 %-i |
Dövlət İstiqrazları ilə REPO/əks REPO |
Hər bir gün üçün əqdin məbləğinin 0.0012 %-i |
7.Digər xidmətlər |
|
Depo hesabından çıxarışın alınması |
Bir növ QK üzrə 10 manat tam hesab üzrə 30 manat |
Depo hesabının açılması |
10 manat |
Konsultasiya xidmətləri(aylıq) |
100 manat |
Digər təşkilatlara təqdim edilən sənədlərin tərtib edilməsi(illik) |
500 manat |
Əlavə informasiya təminatı (aylıq) |
50 manat |
Valyuta mübadiləsi |
Əqdin məbləğinin 0.5 %-i |
2. Komission haqqına əqdlə bağlı BFB və MDM komission haqqları daxil deyil. Komission haqqın minimum məbləği birjadan olan əməliyyatlar üzrə 10 manat,birjadankənar əməliyyatlar üçün isə 20 manat müəyyən edilir. Əqdin məbləği AZN 100 000.00 manatdan yuxarı olduqda göstərilən xidmətlərə görə ödəniləcək komission haqqı tərəflərin qarşılıqlı razılaşması ilə müəyyən edilə bilər.
3. Müştəri İnvestisiya şirkətinə vasitəçilik xidmətlərinə görə komissiyanı Azərbaycan manatında (AZN) ödəyir. Xarici valyutada həyata keçirilən əqdlər üzrə komissiyanı haqqı həmin günə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş məzənnəyə uyğun olaraq AZN ekvivalentində ödənilməlidir.
4.İnvestisiya şirkətinin Sifarişlərin icrasından sonra aparılmış əməliyyatlar haqqında Müştəriyə göndərdiyi hesabatların əsasında İnvestisiya şirkətinin komissiyasını və digər xidmətlərlə bağlı xərcləri hesabatların təqdim olunduğu təqvim ayının son iş günündə kimi ödəyir. Hesabatın təqdim olunması təqvim ayının son iki iş gününə düşdükdə, hesabatda əks olunan əqdlə bağlı komissiyanı və vasitəçilik xidmətini həyata keçirərkən çəkilən xərclər növbəti təqvim ayının son iş günündə kimi ödənilir.
5. Qiymət cədvəlində qeyd olunmuş tariflərə əlavə dəyər vergisi daxil edilməmişdir. Qiymətli kağızların tədavülü ilə bağlı əməliyyatlar əlavə dəyər vergisindən azaddır