Repo Baku
Yenidən satın alma müqaviləsi (repo) qiymətli kağızlar bazarı iştirakçılarına maliyyə ehtiyaclarını ödəmək üçün müvəqqəti kredit imkanları verən qısa müddətli borc alma formasıdır. Yəni repo qiymətli kağızlar müqabilində maliyyə cəlb edir. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, repo müqaviləsi investisiya qiymətli kağızlarının əvvəlcədən müəyyən edilmiş şərtlər altında geri alınması (satılması) öhdəliyi ilə investisiya qiymətli kağızlarının alqı-satqısı (alışı) kimi müəyyən edilmişdir. Repo əməliyyatları repo açılış və repo bağlanma əməliyyatlarına bölünür.
Repo açma əməliyyatı Repo əməliyyatının birinci hissəsini təşkil edir və birjanın alqı-satqı ticarət sistemində, Repo bağlanma əməliyyatı isə Repo əməliyyatının ikinci hissəsini təşkil edir və birjanın geri alqı-satqı ticarət sistemində bağlanır. Repo müddəti, Reponun açılış və bağlanma tarixləri arasındakı müddətdir. Azərbaycanda Repo əməliyyatları, klirinq təşkilatı kimi fəaliyyət göstərən Milli Depozit Mərkəzinin iştirakı ilə Bakı Fond Birjası ilə üzvləri - investisiya şirkətləri arasında imzalanan Repo Baş Razılaşmasına əsasən birja qaydalarına uyğun olaraq həyata keçirilir.