Metallar

Qiymətli metalların ticarəti

Spot qiymətlərlə dəyərli metalların ticarəti qızıl (XAU/USD)  və gümüşün (XAG/USD)  ABŞ dollarına  və ya digər valyutalara qarşı almaq və satmaq, bununla da mənfəət əldə etmək imkanı verir. Qiymətli metallarla ticarət etmək üçün MFX Trading İnvestisiya Şirkətinin ticarət platformasında real hesab açmaq kifayət edir. Açılmış ticarət hesabı Sizə həm valyuta cütlükləri, həm qiymətli metallar, həm də CFD (birja indeksləri) ilə eyni zamanda bir hesabdan əməliyyat aparmaq imkanı yaradır.

 

Qızıl və gümüşün forex ticarətini vacib edən faktorlar aşağıdakılar ola bilər:

 

  • İnvestisiya portfelinin yaradılması zamanı aktivlərin diversifikasiya edilməsi ehtiyacı 
  • İqtisadi, siyasi və sosial səbəblərdən bazarda yarana biləcək dalğalanmalardan qorunmaq üçün ticarət mövqelərinin hedc edilməsi imkanı
  • Verilən kredit çiyni hesabına alınan (satılan) maliyyə alətinin tam qiymətinin ödənilməməsi
  • Qısa satışlara icazə nəticəsində qiymətli metalların qiymətlərinin enməsindən qazanc əldə etmək imkanı

 

Qızıl və gümüşə olan spot qiymətləri ABŞ dolları ilə bir unsiyanın dəyərini göstərir və ticarət lotlarla aparılır. Nümunəvi spot qiyməti aşağıdakı kimi olur- 1580.30/80. Bu o deməkdir ki, treyder bir lot qızılı 1580.80 qiymətilə ala, 1580.30 qiymətilə sata bilər. Alış və satış qiymətləri arasındakı fərq (0.50ABŞ dolları) treyderin bu əməliyyat üçün ödədiyi vəsaiti təşkil edir və spred adlanır.


MFX-Trading İnvestisiya Şirkətinin ticarət platformasında bu cür əməliyyatların minimal həcmi mümkün olan ən az lot -  0,01 (mikro lot) təşkil edir. Bir lot alış (satış) zamanı spot qiymətinin sonuncu tam rəqəminin hər bir dayişməsi $1 təşkil edir.



Qiymətli metallarla forex ticarətinin incəliklərini bilmək istəyirsinizsə heç bir risk yaratmayan təlim hesabı açın və işləyin