Forex

Forex - dünya ticarətində fiks edilmiş valyuta siyasətinin dəyişən valyuta siyasətilə əvəz edilməsi nəticəsində 1970-ci illərin əvvələrində formalaşmış valyuta bazarıdır. Bu andan etibarən ayrı-ayrı valyutaların qarşılıqlı dəyişdirilməsinin əsasını alıcı və satıcı arasında razılaşma prinsipi təşkil etməyə başlamışdır.
Ənənəvi maliyyə bazarlarından fərqli olaraq Forex səhm və valyuta fyuçerslərinin satışında olduğu kimi xüsusi ticarət sahəsi tələb etmir. Forex bazarında ticarət əməliyyatları kompüter terminalları və mobil telefon avadanlıqları vasitəsilə həyata keçirilir. Fyuçers və fond bazarlarında ticarət sessiyaları zaman məhdudiyyətinə malik olduqları halda Forex bazarı 24 saat ticarət üçün açıqdır.
Xeyr. Əgər səhm bazarında yalnız qiymətin qalxmasından qazanmaq mümkündürsə, forex bazarında həm qiymət qalxmasından, həm də qiymət düşməsindən qazanc əldə etmək mümkündür.
Təlim hesabı açın və virtual vəsaitlə ticarətə başlayın. Uduşlu müsabiqələrdə özünüzü sınayın.
Bu məqsədlə saytımızda yerləşdirilən zəngin kitabxanadan istifadə edə bilərsiniz.
Siz support@mfx.az elektron poçt ünvanımıza məktub yaza (“Meta Trader”dəki loqinizi mütləq qeyd edin) və ya onlayn çat vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz.
Siz şənbə və bazar günlərindən başqa həftənin qalan 5 günü ərzində fasiləsiz olaraq ticarət əməliyyatları apara bilərsiniz.
Əməliyyatların sayına heç bir məhdudiyyət yoxdur
Köçürülən vəsaitə görə "MFX Trading Investisiya Şirkəti" tərəfindən heç bir komissiya tutulmur .
Milli valyuta və ya ABŞ dollarından başqa bütün valyutalarla mədaxil edilən vəsaitlər MFX Trading Investisiya Şirkəti həmin günə olan məzənnələrilə depozit valyutasına (ABŞ dollarına) çevrilərək balansınıza daxil ediləcəkdir.
Burada ticarətin prinsipi sadədir: valyuta cütlüyünü ucuz al baha sat və əksinə baha sat, ucuz al. Valyuta cütlüklərinin məzənnələri daim dəyişdiyindən qazanc üçün münbit şərait yaranır. Bu bazarda çox sayda nəhəng bu və ya digər valyutanın alıcıları vardır ki, onlar biznes fəaliyyətində məzənnə fərqindən asılı olmayaraq daim bir valyutanı digər valyutaya çevirirlər. Belə vahidlərə dövlət orqanlarını, nəhəng ticarət şirkətlərini, maliyyə qurumlarını misal gətirmək olar. Valyuta məzənnələri isə daim aşağı-yuxarı dəyişir ki, bu da treyderlərə bu dəyişkənlikdən qazanc əldə etmək imkanı yaradır.


Forex bazarında daha çox likvid valyutalar alınıb satılır. Bu o valyutalardır ki, siyasi sistemləri stabil, iqtisadiyyatı güclü, inflyasiya həddi aşağı olan inkişaf etmiş ölkələrə aiddir. Hal hazırda valyuta ticarətinin 85 faizi ABŞ dolları, Yapon yeni, EURO, Böyük Britaniya funtu İsveçrə frankının payına düşür. Ən çox alınıb satılan cütlük EURO-USD cütlüyüdür.


Fiziki şəxslər üçün minimum – 300$,  
Hüquqi şəxslər üçün isə –10000$
Marja, investisiya şirkəti tərəfindən Forex əməliyyatı aparmaq üçün investora verilən borc pul vəsaitidir. Bu, bir investorun hesabında olan aktivlərin ümumi dəyəri ilə brokerdən götürdüyü kredit məbləği arasındakı dəyərin fərqidir. Həmçinin, Marja ticarəti itkilərindən sığortalanmaq üçün girov məbləği kimi başa düşülür. Marjinal tələb sizin depozitinizdəki qalıqdan dəfələrlə çox olan ticarət mövqelərini qüvvədə saxlamaq imkanı verir. 



Fərz edək ki, EUR/USD cütlüyü üzrə bankın kredit çiyni 1:100 və ya 1 əmsalıdır. 
EUR/USD-nin cari məzənnəsi 1.1520-dir. 
1 lot (100000) ticarət mövqeyi üçün girov həddi aşağıdakı kimi hesablanacaqdır: 
Girov=1.1520*100 000*1/100=1 152.00$

 
Əgər hesabınızdakı real qalıq MFX Trading Investisiya Şirkəti tərəfindən müəyyən edilmiş həddən aşağı düşərsə, o halda "Margin Call" işə düşür və əlavə vəsait cəlb edilməsinə ehtiyac yaranır. MFX Trading Investisiya Şirkəti tərəfindən müəyyən edilmiş"Margin Call" tələbi 100% təşkil edir. Bu göstərici 20% həcminə düşərsə o zaman "Stop Out" işə düşür və bütün pozisiyalar avtomatik olaraq bağlanır. Pozisiyaların bağlanması marja səviyyəsinin minimum həddindən yuxarı qalxması üçün, böyükdən kiçiyə doğru avtomatik olaraq sistem tərəfindən həyata keçirilir


"Stop loss order" risklərin azaldılması üçün ən dəyərli alətdir. "Stop loss order" ziyanın məhdudlaşdırılması məqsədilə qiymətin ziyanlı hesab edilən həddə çatdıqda açıq mövqeyin avtomatik olaraq ləğv edilməsi vəzifəsini yerinə yetirir.


Bəli. Bütün növ hesablar eyni zamanda mikro(0,01 lot) və mini(0,1 lot) lotlarla işləmək imkanına malikdirlər.


Real hesabı açmaq üçün "Real hesab aç" menyusundan girərək online rejimdə qeydiyyatdan keçməli və ya bizim partnyorumuz olan Muganbank ASC-nin istənilən filialına və ya bizim ofisə fiziki olaraq yaxınlaşaraq rəsmiləşdirmə proseduralarını keçməlisinis.


MFX Trading Investisiya Şirkətilə Sizi heç bir əlavə xərc gözləmir. Siz ödənişsiz olaraq canlı xəbər axını ilə təmin olunmuş ticarət terminalını yükləyə bilərsiniz.



Saytımızda göstərilən PDF faylını doldurun və qeyd olunan elektron poçta göndərin: support@mfx.az. Sizin ərizəyə baxıldıqdan qısa müddət sonra vəsaitiniz cari bank hesabınıza köçürüləcəkdir. 


Bəndin qiymətləri haqqında məlumatı Treyderin Kalkulyatorundan ala bilərsiniz 


Forex əməliyyatlarında yeni investorlar üçün maksimum kredit çiyni səviyyəsi 1:30-dur.
İnstitusional investorlara ( İnvestisiya şirkətləri, investisiya fondları, kredit təşkilatları, siğortaçılar, mərkəzi banklar və. s.,) və peşəkar investorlara şirkət tərəfindən müəyyən olunan maksimum kredit çiyni səviyyəsi 1:50-dir. 


MFX Trading Station ticarət platformasını yüklədikdən sonra platformada mövcud olan bütün simvollar görünməyə bilər. Bunu aradan qaldırmaq üçün platformanın “Bazarın icmalı” sahəsinə girərək sağ düyməni basıb kontekst menyusundakı “Bütün simvolları göstər” funksiyasını aktivləşdirin.


Təlim hesabı açmaq üçün bizim sayta daxil olaraq MetaTrader 5 platformamızı yükləmək və qeydiyyatdan keçmək kifayətdir.