Kapital bazarı

«MFX- Trading  İnvestisiya Şirkəti» ASC–dən anderraytinq xidməti almaqla Siz səhm və ya istiqraz buraxılışı yolu ilə kapital bazarından pul cəlb edə bilərsiniz. 

Dövlət qiymətli kağızlarını Maliyyə Nazirliyinin əvvəlcədən elan edilmiş hərraclarında (qısa, orta və ya uzunmüddətli) «MFX- Trading  İnvestisiya Şirkəti» ASC–nin vasitəçiliyi ilə almaq olar.

Bunun üçün ilk növbədə notarial qaydada təsdiq edilmiş -Dövlət reyetrindən çıxarış, VÖEN, təsisçinin qiymətli kağızların buraxılışı üçün qərarı, direktorun təyin edilməsi haqqında qərarı təqdim edilməklə «MFX- Trading  İnvestisiya Şirkəti» ASC ilə Anderrayting müqaviləsi bağlanır.  Həmçinin yerləşdirmə üsulundan asılı olmayaraq Milli Depozit Mərkəzi ilə (buraxılmış qiymətli kağızların reyestri və saxlanılması xidməti üçün) müqavilə bağlanır. 

Yerli bazarda qiymətli kağızları almaq üçün prosedur aşağıdakı kimidir.

•      İnvestisiya şirkəti ilə müqavilə bağlanır

•      Qiymətli kağızın saxlanılması üçün Milli Depozitariyada hesab açılır

•      Müştəri tərəfindən İnvestisiya şirkətinə səhm alışı üçün sifarişin təqdim edilir

•      Sifarişin məbləği investisiya şirkətinin hesabına köçürülür.

•      Birjada formalaşmış tələb təklifdən asılı olaraq sifariş icra olunur

MFX-Trading İnvestisiya Şirkəti müştərilərinə mütəmadi olaraq bazar haqqında araşdırmalar, relizlər və ümumiyyətlə mövcud vəziyyətlə əlaqədar məlumatlar göndərir. 

Mövcud qanun və nəzarət orqanının tələbi ilə sifarişlər yalnız sənəd formasında İnvestisiya şirkətinin ofisində səlahiyyətli treyder tərəfindən qəbul edilməlidir. Müştəri məmuniyyəti və az vaxt sərf etmək baxımından təqdim edilməli olan sifarişlər sonradan sənədin imzalanması şərtilə (1 gün) whatsapp və ya sms vasitəsilə müştəridən alına bilər.

Portfel yaratmaq üçün daxili birjada və ya xarici birjalarda bir neçə təkliflər verə bilərik.

Daxili bazarda az riskli dövlət istiqrazları və ya təmin edilmiş korporativ istiqrazlarına investisiya etməklə minimum riskli protfel yaratmaqda köməklik edə bilərik.

Xarici birjalarda ticarətə buraxılan alətlərin nominalı, həmən ölkənin valyutasında olduğundan sizin valyuta riskiniz yaranır. Buna baxmayaraq xarici valyutada idarə olunan portfellər, devalvasiyadan qorunmaq üçün yaxşı çıxış yolu ola bilər. Xarici birjaları daxili aktivlərdən fərqləndirən əsas özəlliklər: likvidliyin yüksək olması, fərqli strateqiyalara uyğun bazar strukturu, uzun dövr üçün statistik göstəricilər, aktivlərin sayının çox olması və ortalama indekslərdə illik 9% - lik gəlir (son 50 ildə ABŞ S&P 500 indeksi 9% gəlirlilik sərgiləmişdir).

Hazırda yerli bazarda divident ödəyən Açıq Səhdar Cəmiyyətlərindən yalnız Beynəlxalq Bank ASC və Kapital Bank ASC-ni göstərmək olar. Xarici bazarda bir çox Şirkətləri misal göstərmək olar (Apple, McDonalds, Starbaks, Microsoft və.s).

İnvestisiya Şirkətinin fəaliyyəti çərçivəsində investisiya əməliyyatlrı tam elektron sistem vasitəsilə həyata keçirilir. İstənilən əməliyyatla bağlı şübhə yaranarsa elektron sistemin imkanları çərçivəsində müştəriyə məlumat verilə bilər.

Bakı Fond Birjası və Azərbaycanda olan bütün İnvestisiya şirkətlərinin, həmçinin Milli Depozit Mərkəzinin internet saytları vasitəsilə Siz daxili bazarda baş tutmuş və nəzərdə tutulan bütün əməliyyatlar, hərraclar, market meyker katirovkaları, səhm təkrar bazar, dövlət istiqrazları ilə bağlı mütəmadi yenilənən məlumatlardan istifadə edə bilərsiniz.

«MFX- Trading İnvestisiya Şirkəti» ASC ilə yerli və xarici bazarlarda həm səhm, həm də uzunmüddətli istiqraz almaqla və ya müəyyən edilmiş illik faizlə protfel idarəçiliyinə uzunmüddətli (misal üçün 10, 15 illik) investisiya etməyiniz mümkündür.


Yerli Birjada hər hansı əməliyyat aparlıması yalnız İnvestisiya şirkəti vasitəçiliyi ilə mümkündür.  Xarici Birjalarda isə «MFX İnvestisiya Şirkəti» ASC–nin partnyorluq etdiyi Brokerlər vasitəsilə tək terminal (platforma) ilə ticarət edə bilərsiniz, yəni xarici platformada (şəxsi login və parolunuz vasitəsilə daxil olub) şəxsi investisiyalarınızı özünüz idarə edə bilərsiniz.

«MFX-Trading İnvestisiya Şirkəti» ASC-nin Təlim və tədris proqramı çərçivəsində nəzərdə tutulur ki, ildə 2 dəfə maliyyə bazarları ilə əlaqədar kurslar və praktiki təlimlər təşkil edilsin. İstənilən Unversitet tələbəsi və ya mövzu ilə maraqlanan şəxslər müraciət edə bilərlər. 

«MFX-Trading İnvestisiya Şirkəti» ASC-nin ümumi və xüsusi müştərilərinə müvafiq formada bazar araşdırmaları təqdim etməsi nəzərdə tutulur. 

Sərbəst vəsaitinizi səmərəli istifadə etmək üçün «MFX- Trading İnvestisiya Şirkəti» ASC  ilə əməkdaşlıq çərçivəsində daxili və xarici bazarda mövcud olan qısamüddətli yatırım alətlərindən yararlana bilərsiniz.

Bank depozitindən fərqli olaraq, istənilən vaxt təkrar bazarda istənilən qiymətli kağızları sata və hətta əlverişli bazar şərtləri altında əlavə gəlir əldə edə bilərsiniz. 

«MFXTrading İnvestisiya Şirkəti» ASC Qiymətli Kağızlar Haqqında Azərbaycan Respublikası Qanununda investisiya şirkətləri üçün nəzərdə tutulan bütün əsas və yardımçı investisiya xidmətlərini təklif  edir.