HAQQIMIZDA
Azərbaycanın maliyyə -kredit bazarında 1992-ci ildən fəaliyyət göstərən Muğanbank bugün ölkə üzrə geniş filial şəbəkəsi vasitəsilə fiziki və hüquqi şəxslərə bank xidmətlərinin tam spektrini təklif edən aparıcı özəl banklardan biridir.
2009-cu ildə bankın rəhbərliyi tərəfindən, həmin dövrdə yerli valyuta-mübadilə bazarının yaranan yeni tələbatlarını ödəyə bilən və yeni yaradılmış «MuganBank Trading Station» proqram təminatı vasitəsilə potensial iştirakçılarının birjadankənar beynəlxalq bazara- FOREX-ə çıxmalarına imkan verəcək yeni bir bank məhsulunun yaradılması qərara alındı. Bankın müştəriləri müvafiq əməliyyatları legitim əsasda, Azərbaycan Respublikasının qanunvericiliyinə best rolex replica watches tam uyğun şəkildə, bankla müqavilə əsasında həyata keçirmək imkanı əldə etdilər.
Muğanbank həm texniki yeniliklər tətbiq etməklə, həm də www.forex.muganbank.az saytındakı müvafiq xidmətlər vasitəsilə müştərilərə göstərilən informasiya-analitik dəstəyi təkmilləşdirməklə hazırkı məhsulun mükəmməlləşdirilməsi üzərində daim işləyir.